"Gənc jurnalistlərin 1-ci futbol çempionatı" davam edir - FOTOLAR

GƏNCLİK
14:51 04.10.2016
1922
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan "Gənc Jurnalistlərin 1-ci futbol çempionatı” layihəsi davam edir.
 
Layihənin ilkin mərhələsində 8 komanda mübarizəyə başlayıb. 4 komanda: Editor.Az, İdman Jurnalistləri yığması, AZXEBER.COM və ATV yarımfinala vəsiqə qazanıb. Yarımfinal oyunları maraqlı idman şəraitində baş tutub. Editor.az komandası 0:2 hesabıyla geriyə düşdüyü oyunda son dəqiqələrdə 2 qol vuraraq, hesabı bərabərləşdib. 11 metrlik cərimə zərbələrini də dəqiq yetirən komanda finala vəsiqə qazanıb. 
 
ATV isə yarımfinalda AZXEBER.COM komandasından güclü olub 6:2.
 
Final matçında ATV ilə Editor.az komandaları üz-üzə gələcək.
 
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayon Gənclər və İdman idarəsinin təşkilati dəstəyiylə baş tutur. Layihənin rəhbəri jurnalist Hacıbəy Heydərlidir. 
 

14 final 

Editor.az 10:3 Aktual.Az 
 
İdman Jurnalistləri 7:2 ARB TV
 
AZXEBER.COM 4:1 Nezermedia 
 
ATV 3:0 7news.az

 
12 final
 
Editor.Az 5:4 İdman Jurnalistləri
 
ATV 6:2 AZXEBER.COM


Final:
 
Editor.Az - ATV
 









OXŞAR XƏBƏRLƏR