“Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” keçiriləcək

“Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” keçiriləcək
MEDİA
14:41 23.07.2014
1317

Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” keçiriləcək

“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə avqust ayının ilk yarısında Masallı rayonunda “Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi”ni keçirəcək.

Bu barədə məlumatı birliyin sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, düşərgəyə jurnalistika fakültəsinin tələbələri, ayrı-ayrı media qurumlarında çalışan gənc jurnalistlər və jurnalist olmağa iddia edən gənclər qatılacaq : “4 gün davam edəcək düşərgədə gənc jurnalistlərə müasir jurnalistikanın müxtəlif istiqamətləri ilə bağlı peşəkar ekspertlər tərəfindən təlimlər keçiriləcək. Eyni zamanda müxtəlif qonaqlar gənclərlə görüşərək jurnalistikanın tələb və prinsipləri ilə bağlı müzakirələr aparacaqlar. Düşərgənin keçirilməsində məqsəd jurnalistikaya iddia edən gənclərin müasir jurnalistika ilə bağlı biliklərini artırmaq, onların nəzəri biliklərini praktik bacarıqlara çevrilməsinə yardımçı olmaqdır. Düşərgədə ölkəmizin tanınmış media qurumlarının, jurnalist təşkilatlarının rəhbərləri, nüfuzlu media təmsilçiləri öz fikirlərini gənclərlə bölüşəcək”.

OXŞAR XƏBƏRLƏR