Gənc liderlər Gəncədən gəldilər - FORUM BİTDİ

GƏNCLİK
15:25 13.09.2012
1875
Gəncləri I Liderlik Forumunun son günündə “Liderlik: vərdiş, istedad yoxsa genetik xüsusiyyətlər?” mövzusunda ilk panel baş tutub. Panelin qonağı GRBS® Beynəlxalq Tədris Mərkəzinin menecment üzrə aparıcı ekspertlərindən Bəhram Qurbanov tərəfindən mövzu ilə bağlı iştirakçılara master-klass keçirilib.Milli Məclisinin Hüquq siyasəti və dövlət Quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Dövlət quruculuğu və hüquqi dövlət” mövzusunda, “New Baku Post” qəzetinin baş redaktoru Kənan Quluzadə və “Azərbaycan” qəzetinin “Parlament və Siyasət” şöbəsinin redaktoru İxtiyar Hüseynli isə “Xəbər və PR-klassik və yeni media” mövzusunda məruzə ediblər.Günün sonunda Azərbaycan Gənclərinin I Liderlik Forumunun rəsmi bağlanış mərasimi baş tutub. Forumda çıxış edən İcra hakimiyyətinin başçısı Gəncənin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib və qeyd edib ki, Gəncə hər zaman gəncləri qarşılamağa hazırdır.Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev forum iştirakçılarını şəhadətnamələrlə təltif edib və gələcək karyeralarında uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR