“Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı gələcək” layihəsi başa çatdı

GƏNCLİK
23:13 18.02.2012
1882
Layihənin son günü iştirakçılar ilk dəfə auditoriyaya nümayiş olunan "İRƏLİ" İctimai Birliyinin təsis olunmasının 3-cü ildönümü münasibətilə təşkil olunmuş mərasimə həsr olunmuş filmi izlədilər. Sonra gənclər tədbirin yekunlarına dair məmnuniyyət vərəqini doldurmaqla, 5 gün müddətində davam edən tədbiri qiymətləndirmə imkanı əldə etdilər. Layihə iştirakçıları daha sonra Qəbələ rayonunda yerləşən Beltman piano fabrikinə və Qəbələ konserv zavoduna baş çəkdilər. İstehsal prosesi ilə tanış olan gənclərə Qəbələ konserv zavodundan hədiyyələr təqdim olundu. Ekskursiyadan sonra gənclər paytaxta geri döndülər. Bununla da “Gənc Liderlər Üçün Qış Universiteti – Sığortalı gələcək” layihəsi başa çatdı. Layihənin bağlanış mərasimi mart ayında bir sıra dövlət və özəl sektor rəsmilərinin iştirakı ilə keçiriləcək. Bağlanış mərasimində Qış Universitetində qalib gəlmiş komandanın adı açıqlanacaq, layihə iştirakçılarına diplomlar, hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, 100 nəfər gəncin qatıldığı “Gənc Liderlər üçün Qış Universiteti−Sığortalı Gələcək” layihəsi 5 gün müddətində Qəbələ Riverside Oteldə keçirilmişdir. Layihə çərçivəsində gənclərə sığortanın əsasları, biznes, kommunikasiya, iqtisadiyyat, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki mövzularda təlimlər keçilmişdir. Layihə bir sıra mühüm dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif mütəxəssisləri və həmçinin müxtəlif sahələrdə göstərdikləri uğurlu fəaliyyətlərə görə cəmiyyətdə tanınan və rəğbət qazanan şəxsiyyətləri qonaq etmişdir. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilir. AzTV, XəzərTV, həmçinin 1news.az, gun.az, AzerTAc, news.az, azxeber.com

OXŞAR XƏBƏRLƏR