"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək" layihəsi yekunlaşdı
GƏNCLİK
10:53 19.05.2012
1718
18 May 2012-ci il tarixində JW Marriott Abşeron otelinin “Şərq” zalında “İRƏLİ” İctimai Birliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək" layihəsi başa çatmışdır. "İrəli" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Nəzakət Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, bağlanış mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sektor müdiri Fuad Babayev,millət vəkili İlham Məmmədov, “Golden Pay” Şirkətinin prezidenti Fərid İsmayılzadə, “Azərsu” ASC-nin Təlim Mərkəzinin rəisi Ramiz Məmmədli, “Azərbaycan Sənaye Sığorta” ASC-nin İdarə Heyətinin sədri Rəşad Əhmədov, “Azre Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov, “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, “Qala Həyat Sığorta” ASC-nin Hüquq Departamentinin direktoru Gündüz Məmmədli iştirak etmişlər. İlk olaraq “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxış edərək qonaqları, layihə iştirakçılarını salamlamış, hal-hazırki dövrdə sığortanın önəmliliyini vurğulayaraq qeyd etmişdir ki, qış universiteti boyunca gənclərin əldə etdikləri bilik və təcrübə onların bu sahə üzrə gələcək karyeralarında önəmli addım olacaq. Daha sonra rəsmilər çıxış edərək müasir gənclərin hər sahədə bilikli olduqlarını bildirmiş və iştirakçıları uğurlu layihə ilə təbrik etmişlər. Mərasimdə qalib gəlmiş bütün komandalara diplomlar və “MY BRANDS” Şirkətinin xüsusi güzəşt kartları təqdim olunmuşdur. Eyni zamanda tədbirdə layihə ilə bağlı çəkilmiş film nümayiş olunmuşdur.