'Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik' layihəsi Gəncədə uğurla davam edir

GƏNCLİK
17:46 06.02.2013
1629

Qış universitetinin növbətiqonağı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov olub.

“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ili” mövzusunda baş tutan paneldə qonaq informasiya-kommunikasiya texnologiyalarının həyatımızdakı rolundan və istifadə qaydalarından söhbət açıb.

Nail Mərdanov elektron imzalar, onların yaranması və istifadəsi ilə bağlı gəncləri məlumatlandırıb. Eyni zamanda yeni yaranmış ASAN xidmət, onun fəaliyyəti və müsbət tərəfləri haqda iştirakçılara məlumat verib. Həmçinin mövzu ilə bağlı təqdimat nümayiş olunub.

Qış universitetinin 3-cü günününson qonağı Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədriOrxan Əkbərov olub. Səmimi söhbətin qonağı olan Orxan Əkbərov gənclərlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə düzgün və dolğun yollarla çatdırılması ilə bağlı fikirlərini paylaşıb.

Eyni zamanda Orxan Əkbərov görüşdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması tərəfindən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədi ilə virtual aləm-sosial şəbəkələrdə təbliğat kampaniyasına start verildiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR