"Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümünə start verilib - FOTOLAR

GƏNCLİK
20:16 04.02.2023
1418
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə 2-7 fevral tarixləri aralığında Naftalan şəhərində baş tutacaq "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümünə start verilib. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir. 

"Qış Universiteti" üçün ictimai müraciət elanı verildikdən sonra qısa müddət ərzində 1837 gənc iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. İkimərhələli seçim turunun yekununda 5 komanda olmaqla 130 nəfərlik iştirakçı heyəti formalaşdırılıb. 

Proqrama əsasən 2 fevral səhər saatlarında gənc liderlər Naftalan şəhərinə yollanıb. 

Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən açılış tədbirindən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə qızılgüllər düzülüb. Sonra isə rəsmi qonaqların iştirakı ilə açılış tədbiri baş tutub. 

Tədbirdə Naftalan şəhər icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kəmalə Hüseynova, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev, "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib. 

"Gənc Liderlər üçün Qış Universiteti"nin ikinci günündə peşəkar təlimçi Orxan Şahbaz ilə "Liderlik psixologiyası və idarəetmə" mövzusunda ikihissəli təlim baş tutub. Təlimin birinci hissəsində liderlik psixologiyasının əsasları, keyfiyyətli idarəetmənin yolları barədə məlumat verilib, ikinci hissəsində isə müxtəlif mövzularda səlis nitq istiqaməti üzrə praktiki komanda çalışması həyata keçirilib. Günün növbəti təlimində "Liqa Smixu"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Şahbazbəyovun təqdimatında "Yaradıcı sənaye inqilabı və yeni trendlər" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb. 

"Qış Universiteti"ndə hər günün sonu mədəni-kütləvi tədbirlərlə yekunlaşıb. İlk gün "Mask Party", ikinci gün isə "Colour Party" təşkil olunub və DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb