AZXEBER.COM-un məlumatına görə, layihə çərçivəsində ölkənin tanınan, peşəkar marketqoloqlarının iştirakı ilə “marketinq” in nəzəri və təcrübi əsasları gənclərə aşılanacaqdır.
Ölkəmizdə və dünyada uğur qazanmış şirkətlərin , transmilli koorperasiyaların marketinq strategiyası, regional və qlobal bazarların xüsusiyyəti ilə bağlı təlim keçiriləcəkdir. Ölkəmizdə “marketinq”in inkişaf istiqamətləri, gənc marketoloqların qarşısında duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılacaqdır. Təlim çərçivəsində gənclərin “marketinq”lə bağlı bilik və bacarıqlarına yönəlik yarış keçiriləcək və qaliblər diplom,sertifikat və müxtəlif hədiyyələrlə təltif ediləcəkdir. Layihədə iştirak etmək istəyən gənclər 16- 20 fevral 2016 tarixləri arasında [email protected]/* */ ünvanına müraciət etməsi xahiş edilir.
Layihənin rəhbəri Hüseynov Samir Kamandar oğludur.
Əlavə məlumat üçün +994558940474 nömrəsi ilə əlaqə yarada bilərsiniz.