“Gənc Marketoloqların Fərdi İnkişafı” layihəsinə yekun vurulub

GƏNCLİK
18:23 28.02.2016
2804
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Gənc Marketoloqların Fərdi İnkişafı” layihəsinə yekun vurulub.
Layihə çərçivəsində Marketinq siyasətinin ölkə iqtisadiyyatının inkişaf etdirilməsində önəmi vurğulanmışdır.Təlimdə təlimçi qismində Azərbaycanın tanınmış marketoloqu Elnur İslamov təlimçi qismində çıxış etmişdir.Bununla bərabər qonaqlar və 30-a yaxın təlim iştirakçıları iştirak etmişdir.
Layihənin başlanğıcında çıxış sözü ilə başlayan layihə rəhbəri Samir Hüseynov qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyini vurğulamış və 1980-ci illərdə qeyri-ənənəvi iqtisadi kateqoriyaların yaranması və günümüzdə bu sahələrin genişləndirilməsindən danışmışdır.Daha sonra bu kimi təlimlərin gənclərin bu sahələrə marağının yaranması və bu sahədə peşəkarlaşması məqsədilə keçirildiyini qeyd etmişdir və “ümid edirik ki, bu kimi təlimlər son olmayacaq, növbəti illərdə də silsilə təlimlər olaraq keçiriləcəkdir” fikri ilə çıxışını sonlandıran Samir Hüseynov təlimin qonaqlarına söz vermişdir. 
Qonaqların çıxışından sonra təlimçi Elnur İslamovun çıxışı ilə təlimə başlanılmışdır.Təlim çərçivəsində marketinqin sirləri gənclərə aşılanmış və marketinq təcrübələr iştirakçılarla bölünmüşdür.Yekunda iştirakçılar sertifikatlarla və hədiyyələrlə təltif olunublar. 
Layihə Rəhbəri: Samir Hüseynov

OXŞAR XƏBƏRLƏR