Gənc müğənni həmkarlarını dəniz kənarına söhbətə çağırdı - FOTOLAR

Gənc müğənni həmkarlarını dəniz kənarına söhbətə çağırdı - FOTOLAR
Bütün Xəbərlər
18:11 01.09.2014
2428

Gənc müğənni, ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” verilişinin iştirakçısı Samin Dəniz yeni mahnısının təqdimatını dəniz kənarında edəcək.

AZXEBER.COM-a danışan gənc müğənni yeni layihələri haqqında məlumat verib. O, “Bir dənizdir, bir də mən” adlı yeni mahnısını dinləyicilərə təqdim edəcəyini deyib.

Samin bu mahnıya klip də çəkdirəcəyini söyləyib:

“Yeni layihələrim olacaq. Bu layihələr arasında, “Bir dənizdir, bir də mən” adlı mahnıya klip də nəzərdə tutmuşuq. Klipdə çox maraqlı sujet xətti olacaq. Artıq mahnı tamamlanmaq üzrədir. Mahnının təqdimatını isə fərqli bir məkanda etməyi düşünürəm. Bütün müğənni həmkarlarımı dəniz kənarına yığıb öz mahnımı təqdim edəcəm. Bununla da həm həmkarlarıma, həm də insanlarımıza dənizin gözəlliyini və onu qorumağa səsləyəcəm”.

Samin sənətə yeni başladığı vaxtlarda ona qarşı qərəzli bir mövqeyin olduğunu da dilə gətirib:

“Sənətə yeni başladığım vaxtlarda mənə çox az insan dəstək olmuşdu. Hətta hamımızın tanıdığı, illərdi sənətdə olan həmin şəxslər mənim səhnəyə gəlməyimi açıq şəkildə istəmidklərini dilə gətirirdilər. Ancaq təbii ki, bunu hamıya şamil etmək olmaz. Çox xoşbəxtəm ki, ilk vaxtlarımda mənə böyük sənətkarlar da dəstək olub. Onların hər birinə dərin minnətdarlığımı bildirirəm ”.Saç düzümü və make-up: İN STUDİO

AZXEBER.COM portalı olaraq  gənc müğənninin mahnılarını və fotolarını təqdim edirik:

OXŞAR XƏBƏRLƏR