Gənc müğənni Mila pulsuz konsert verəcək

Gənc müğənni Mila pulsuz konsert verəcək
MAQAZİN
21:02 24.07.2012
3155

Məlahətli səs tembrinə malik gənc müğənni Mila (Məhbubə Kərimova) ilk solo-konsertinə hazırlaşır.

“Maqnit” adlanan musiqi axşamı iyunun 28-də saat 21:00-da şəhərin istirahət və əyləncə mərkəzlərindən birində keçiriləcək.

Bu barədə AZXEBER.COM-a açıqlama verən Mila əvvəlcə konsert proqramının “Maqnit” adlandırılmasına aydınlıq gətirdi: “Söz və musiqisi Hüseyn Cavadzadəyə məxsus “Maqnit” repertuarımda ən sevilən mahnılardan biridir. Məhz bu kompazisiya ilə daha çox tanındım. Sosial şəbəkələrdə ən çox izlənilən və dinlənilən hitlərdən biri də “Maqnit”dir. Həm də bu konsert vasitəsilə gəncləri maqnit kimi ətrafıma toplamaq istəyirəm.”

Artıq konsertin afişaları, tanıtım lövhəcikləri şəhərin müxtəlif məkanlarında yerləşdirilib. Bir çox maraqlı məqamlar və sürprizlərlə bol olacaq musiqi axşamının daha bir üstünlüyü girişin sərbəst olmasıdır: “İlk solo konsertim üçün bilet satmamaq qərarına gəldim. Bu konsertin qapıları hər kəsin üzünə açıqdır. Çünki məqsədim yay günü gənclərin bir araya gəlib gözəl istirahət keçirmək, zövqlü musiqi sədaları altında əylənmələrinə şərait yaratmaqdır.” Mila konsertin ansamblla canı ifalarla keçəcəyini də əlavə etdi. Rəngarəng konsert proqramında onu 7 musiqi alətindən ibarət “Qrup ARMONI” müşayət edəcək: “Darbuka, qaval, gitara, bas gitara, skripka, pianonun müşayəti ilə canlı olaraq öz repertuarımda yer alan, eləcə də pop və lirik janrda türk mahnıları ifa edəcəm.

Tamaşaçılar sözləri Zeynəb Ədalətqızı, musiqisi Aynur Adilqızının “Gülə gülə”, sözləri Nüsrət Kəsəmənli, musiqisi Elçin İmnaova məxsus “Hara baxsan məni görəcəksən”, söz və musiqisi İsmayıl Əsədovun “Özünü ələ al” kimi bir çox sevilən mahnılarımı bir daha canlı olaraq dinləmək imkanı əldə edəcəklər.” Mila iki saat davam edəcək konsertdə tək olmayacaq. O, səhnəni qonaq müğənni Cavanşir Məmmədovla bölüşəcək: “ Cavanşirlə dostuq, onun da səhnəni çox sevdiyini, oxumaq həvəsi və istedadı olduğu üçün dəvət etdim.” “Maqnit”lə Mila daha böyük səhnələrə hazılaşdığını da etiraf etdi.

Payız aylarında repertuarına bir neçə yeni mahnılar əlavə edəcəyini deyən gənc müğənni türk şou-biznesinə qoşulmaq iddiasını da gizlətmədi: “İnşallah gələcəkdə daha böyük konsertlərim gözlənilir. “Maqnit” bir başlanğıcdır. Konsertə çox ciddi hazırlaşıram, hər gün məşq edirik. Çalışacam ki, tamaşaçıların ruhunu oxşaya bilim, xəyallarındakı rahatlığı, zərif duyğuları mahnılarımla onlara bəxş edəcəm. Ürəklərinə elə toxunacam ki, yalnız mənim mhanılarımın pərəstişkarları olsunlar. Bu yaxınlarda bir neçə yeni mahnı təqdim edəcəm, onlardan biri də istedadlı bəstəkar Pərviz Mahmudovun kompazisiyasıdır. Hazırda məşhur türk müğənnilərindən biri ilə duet oxumaq haqqında planlar hazırlanır. Bu mənim Türk şou-biznesinə addımım olacaq.” Konsertin hər bir məqamını özünəməxsusluqla düşünən Mila səhnə üçün məşhur modalar evindən mahnılara uyğun geyimlər seçib. Xatırladaq ki, Mədəniyyət və İncəsənət Universitetini bitirən Mila mərhum musiqiçi Yaşar Səfərovdan vokla dərsləri alıb. Mila məşhur 7-17 müsabiqəsinin sevilən və yaddaqalan simalarındandır. “Maqnit” klipini bu linkdən izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir" - VİDEO
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı