Gənc müğənninin yeni nəfəs verdiyi “İntizar”: “Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim…”

Gənc müğənninin yeni nəfəs verdiyi “İntizar”: “Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim…”
MAQAZİN
18:56 19.01.2024
442
"İnanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq”.

Bu sözləri illərin sənətkarı, Xalq artisti Elmira Rəhimovanın repertuarında xüsusi yer tutan məşhur "İntizar” mahnısı ilə musiqi gündəmini dəyişən gənc və istedadlı müğənni Sehri Əliyeva deyib.

Xalq artisti Aygün Bayramovanın yetirməsi olan Sehri bu mahnının səhnə fəaliyyətində ona böyük uğur qazandıracağına ümid bəslədiyini bildirib:

"İllərlə əsl sənətkarlardan dərs almışam. Əvvəlcə Asəf Zeynallı adına Musiqi Kolleci, ardınca Milli Konservatoriyada Xalq artisti, sevilən muğam ifaçısı Aygün Bayramovanın sinfini bitirdim. Hazırda magistr pilləsində təhsilimi davam etdirirəm. 9 ildir ki, ustadların yanında sənətin incəliklərini öyrənən, korifeylərin əlindən su içən gənc bir ifaçı kimi özümü digər fərqli janrlarda da sınamağa qərar verdim.

Musiqi dünyamızda öz möhürünü vuran sevimli sənətkar Elmira Rəhimovanın repertuarına müraciət etdim. Sözləri Südabə Şəfaya, musiqisi isə Nüşabə Muradovaya məxsus olan məşhur "İntizar” mahnısını oxudum. Belə demək mümkündürsə, mahnıya yeni nəfəs gətirdim, yeni ruh verdim. Əlbəttə, bu addımla nə qədər böyük məsuliyyət daşıdığımın da fərqindəyəm. Elmira Rəhimova kimi böyük sənətkarın repertuarına müraciət etmək sözsüz ki, gənc bir ifaçıdan hədsiz cəsarət, özgüvən, istedad, musiqi duyumu tələb edir. Həm də söhbət milli musiqimizdə xüsusi yeri olan bənzərsiz "İntizar” mahnısından gedir.

Açığı, bu ifa ilə bağlı mümkün tənqidlərə və fərqli fikirlərə özümü öncədən hazırlamışam. Amma dünəndən mahnını müxtəlif sosial platformalarda paylaşmışıq. İzləyicilər tərəfindən o qədər xoş fikirlər yazılır ki, yaranan təəssürat məndə olan ilk qorxu, həyəcan və narahatlığı xeyli azaldıb. Deyəsən, dinləyicilərin qəlbini oğurlaya bildim. Ümid edirəm və ən əsası, inanıram ki, yeni oranjemanda, yeni nəfəsdə olan bu ifam musiqisevərlər tərəfindən maraqla qarşılanacaq, gənc müğənni olaraq, mənə gələcək səhnə fəaliyyətimdə böyük uğurlar qazandıracaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
18:12 21.10.2026
Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
17:49 21.10.2026
Məsud Pezeşkian: Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
17:48 21.10.2026
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İki marşrutun hərəkət sxemi dəyişdirildi
17:38 21.10.2026
İki marşrutun hərəkət sxemi dəyişdirildi
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
17:33 21.10.2026
Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
17:25 21.10.2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
17:25 21.10.2026
“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
Prezident bu sazişi təsdiq etdi
17:23 21.10.2026
Prezident bu sazişi təsdiq etdi
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
17:13 21.10.2026
2 yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu - VİDEO
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
17:06 21.10.2026
“Cahan Şirkətlər Qrupu”nun “BE Group” şirkəti “BakuBuild” sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
16:54 21.10.2026
“Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
16:51 21.10.2026
DSX-dən çobanın Ermənistana keçməsi barədə iddiaya - Münasibət
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
16:34 21.10.2026
Firuzə İbadova iki aydır yataq xəstəsidir - VİDEO
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
16:29 21.10.2026
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
16:17 21.10.2026
Gecə yemək yeyənlərə xəbərdarlıq: Bu vərdiş ciddi fəsadlara yol aça bilər
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
16:04 21.10.2026
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub