Gənc oğlan dayısını bıçaqladı - Qaxda

Gənc oğlan dayısını bıçaqladı - Qaxda
Bütün Xəbərlər
10:14 04.08.2016
1141

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.(Report)

OXŞAR XƏBƏRLƏR