Gənc oğlanı bıçaqladılar

Gənc oğlanı bıçaqladılar
Bütün Xəbərlər
10:18 23.01.2016
1107
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 27 yaşlı Təzəkənd kənd sakini Niyaməddin Məmmədov bədənin daxilə nüfuz edən kəsilmiş yarası diaqnozu ilə Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Yaralı dərhal əməliyyat olunub. Hazırda həkimlər onun vəziyyətini orta-ağır olaraq dəyərləndirirlər. Niyaməddin Məmmədov polisə ilkin ifadəsində ailə münaqişəsi zəminində bıçaqlandığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR