İnsan orqanizminin immuniteti, gəncliyi və gözəlliyi üçün vitamin və minerallar vacibdir. Ancaq onlardan 10-u gənc qalmaq üçün daha önəmlidir. Bu vitaminləri gündəlik qida ilə asanlıqla qəbul etmək və gəncliyin ömrünü uzatmaq olar.Sağlamlıq üçün faydalı olan vitaminlər qrupunu aşağıdakılardır:
1.Beta karotin - antioksidantdır. Orqanizmdə A vitamininə çevrilir. Görmə qabiliyyəti, immun sistemi, eləcə də dərinin elastikliyi üçün vacibdir. Həmçinin beta karotinin xərçəngin müxtəlif formalarının da qarşısını ala bilir. O daha çox kartof, yerkökü, təzə ərik, yaşıl bibərdə var.2. Kalsium - sümükləri, dişləri möhkəmləndirir. Osteoporoz (insan skletinin funksiyasının pozulması-red.) xəstəliyinin qarşısını alır. Ən yaxşı mənbəyi - süd, kəsmik, pendir, ümumiyyətlə süd məhsulları.3. Fol turşusu - qadınlara hamiləliyi daha yaxşı keçirməyə kömək edir. Bu həm də dölün normal inkişafı üçün vacibdir. 45 yaşdan sonra ürək-damar sistemi və əsəb xəstəliklərindən qoruyur. Tünd yaşıl tərəvəzlərdə, sitrus meyvələrinin tərkibində boldur.4. Dəmir - anemiyadan qoruyur, gümrahlıq verir, yorğunlulqa mübarizəyə kömək edir. Daha çox mal-qara ciyərində, ürəkdə, yaşıl almada olur.5. Kalium - ürəyin normal fəaliyyəti, normal təzyiq üçün faydalıdır. Duzun neqativ təsirini neytrallaşdırır. Ərik qurusu, üzüm, pomidor, tomat şirəsi, bananda bol kalium var.6. Vitamin B15 - güclü antikoksidantdır və orqanizmi toksinlərdən təmizləyicidir. Fiziki fəallığı artırır, maddələr mübadiləsini yaxşılaşdırır. O, həmçinin orqanizmdəki hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və onların bədxassəli kütlələrə çevrilməsinə mane olur.7. Vitamin C - Onu həyatımızdakı 1 nömrəli vitamin adlandırmaq olar. O orqanizmin bütün funksiyaları üçün labüddür, maddələr mübadiləsini yaxşılaşdırmaqdan mövsümü infeksialara kimi. Bu vitamin daha çox kələm, sitruslar, çaytikanı, bibər, qara və qırmızı quşüzümü.8. Vitamin D - bu kalsium ilə birlikdə sümüklərimizi və dişlərimizi, eləcədə 2-ci tip diabetdən qoruyur. Əsasən günəş şüasının təsiri ilə yaranır. Ancaq qidalarında tərkibində - əsasən dəniz məhsulları, balıq yağı, ciyərdə var.9. Vitamin E - piy və yağlarda var. Qan damarlarının divarlarını möhkəmləndirir və yaşlanma prosesini yavaşladır.10. Vitamin B10 - Bizi ozonun, ultrabənövşəyi şüaların ziyalı təsirindən qoruyur. Bizim orqanizmizə xarici mühitin neqativ təsirindən müdafiə olunmağa kömək edir.ans