'Gənc qan donorları üçün yay universiteti - Batumi 2012' başlayır

GƏNCLİK
02:29 07.07.2012
1778

Bu gün “Gənc qan donorları üçün yay universiteti , Batumi 2012” layihəsinə start verilir.

AZXEBER.COM-un məlumatına görə, layihə “Qan Donorları Assosiasiyası” , “Marneuli Gənclər Mərkəzi” və “İRƏLI” İctimai Birliyi tərəfindən həyata keçirilir. 07-11 iyul 2012-ci il tarixində Gürcüstanın Batumi şəhərində keçiriləcək layihədə 30 azərbaycanlı, 30 gürcü gənc iştirak edəcək. Layihə müddətində qan donorluğunun təbliği və donorların həvəsləndirilməsi istiqamətində tədbirlər keçiriləcək Layihənin əsas məqsədi qan donorları arasında şəbəkələşmə və sağlam həyat tərzini inkişaf etdirməkdir.

Xatırladaq ki, “Qan Donorlari Assosiasiyasi” İctimai Birliyi ümumrespublika statusuna malik qeyri-hökumət təşkilatıdır. Birliyin əsas məqsədi respublikada daimi, könüllü qan donorlarından ibarət milli donor şəbəkəsini yaratmaqdır.

OXŞAR XƏBƏRLƏR