Gənc qan xeyriyyəçiləri dünya gənclərinin XIV forumunda iştirak edəcəklər

GƏNCLİK
01:31 23.08.2014
1927

27-31 avqust tarixlərində “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əsgərov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəal gənc qan donoru Mədaim Rəhimli Mərakeş Krallığının Kasablanka şəhərində təşkil olunacaq Dünya Gənclərinin XIV Forumunda iştirak edəcəklər.

 Forum Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilir. Forumun əsas məqsədi dünya gənc qan donorları arasında əlaqələri gücləndirmək təcrübə mübadiləsinə dəstək olmaq və qan donorluğu sahəsində gənclərin fəaliyyətini artırmaqdır.

Qeyd edək ki,  Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının regionda ən fəal üzvü olan Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov dəfələrlə  dünya forumunda iştirak edərək ölkəmizi təmsil etmə hüququnu əldə etmişdir. 4 gün davam edəcək forumda dünyanın bir çox ölkə gəncləri iştirak edəcəkdir.  

Gənc qan xeyriyyəçilərinin dünya forumunda iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  dəstəyi ilə təmin olunmuşdur. 

OXŞAR XƏBƏRLƏR