Gənc QHT sədri Türkiyənin Gənclər və İdman naziri ilə görüşüb- FOTO

GƏNCLİK
02:01 13.04.2015
2077

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin İstanbul şəhərində təşkil olunan Gənc Türkiyə Zirvəsinə qatılıb. Dövlət nazirlərinin, universitet rektorlarının qatıldığı Zirvədə Türkiyənin müxtəlif bölgələrindən gələn gənc liderlər və bu ölkədə təhsil alan xarici fəal tələbələr iştirak edib. 

Zirvədən sonra "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıçla qısamüddətli görüş keçirib. Gənc QHT sədri türkiyəli nazirə Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edib.

Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıç hədiyyələrə görə təşəkkür edərək, Azərbaycana salamlarını çatdırıb.

OXŞAR XƏBƏRLƏR