Gənc qızı öldürən şəxs saxlanıldı

MARAQLI
12:46 05.08.2021
2195
Türkiyədə Ümitcan Uygun adlı şəxs Esra Hankulunun ölümü ilə əlaqədar saxlanılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Aleyna Çakırın ölümü ilə gündəmdə olan Ümitcan Uygunla eyni evdə qalan Esra Hankulu ölü tapılıb.
 
Sevgilisi olduğu deyilən Aleyna Çakır kimi tanınan Sema Esenin evində ölü tapılması səbəbilə Ümitcan Uygun istintaqa cəlb edilib. İfadəsi alındıqdan sonra sərbəst buraxılan şəxsin daha sonra sosial mediada görüntüləri yayılıb. Ölümündən sonra Sema Esenə qarşı etdiyi şiddətin görüntüləri ilə əlaqədar mühakimə olunan Ü. Uygun vəkilinin etirazı ilə 17 iyulda sərbəst buraxılıb. Ankara polisi daha sonra bir evdə qadın cəsədi tapıb.
 
Müayinə nəticəsində ölən şəxsin Esra Hankul olduğu müəyyən edilib. İstintaq nəticəsində Hankulun son dəfə Ü. Uygunla görüşdüyü təyin edilib. Lakin həmin gecə Hankulun dostlarına zəng vuraraq psixologiyasının yerində olmamasını və atasının məzarı üstünə getmək istədiyi bildirilib. Hankulun həmin gecəni dostları ilə birgə keçirdiyi müəyyən edilib.
 
Ü. Uygun yenidən nəzarətə götürülüb, araşdırmalar davam edir.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR