Gənc Tamaşaçılar Teatrı yeniliyə hazırlaşır

Gənc Tamaşaçılar Teatrı yeniliyə hazırlaşır
MƏDƏNİYYƏT
11:52 18.01.2013
2129

Özünün 85 illik yubileyi çərçivəsində 2013-cü il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatı üçün önəmli hadisələrlə zəngin olacaqdır.

Teatrın mətbuat xidmətind’n AZXEBER.COM-a verilən məlumata görə, teatrda yeni ilin ilk həftəsi 4 yeni tamaşanın hazırlanmasına start verilmişdir. S.Saxundov və A.Şaiqin “Qaraca qız” əsəri əsasında eyniadlı tamaşa üzərində Xalq Artisti Vaqif Əsədov yaradıcılıq prosesi aparır. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, Sona Babayeva, Güşvər Şərifova, Sevinc Mehrəliyeva, Simuzər Atakişiyeva, Almaz Mustafayeva, Asya Atakişiyeva, Elşən Çarhanlı, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, İlqarə Tosova, İlham Əsədov, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər.

Teatrın yeni quruluşda tamaşaçılara təqdim edəcəyi ikinci tamaşa Bolqar yazarı Panço Pançevin “Dörd əkiz qardaşın nağılı” əsəridir. Tamaşanım quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazlar üzərində əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev, Anar Səfiyev, Zümrüd Quliyeva, Sona Babayeva və teatrın başqa aktyorları canlandıracaqlar.

Kollektivin hazırda üzərində məşq etdiyi 3-cü tamaşa İsveç yazarı və tanınmış teatrşünas Lars Nurenin “Müharibə” əsəridir. Tamaşanı teatr baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun təqdimatında görə biləcəyik. Tamaşada əsas obrazları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, aktyorlar Nigar Məmmədova, Roza İbadova, Rasim Cəfərov ifa edəcəklər.

Hər il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində teatr məktəbliləri yeni tamaşa ilə sevindirəcəkdir. Bu dəfə onlar M.Müfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı izləyəcəklər.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev və başqaları ifa edəcəklər.

Sözügedən yeni tamaşaların premyeraları bu ilin fevral və mart aylarında baş tutacaqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı