Gənc Tamaşaçılar Teatrının aktyoru səhnədə vəfat etdi
Bütün Xəbərlər
18:10 24.11.2011
1640
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elxan Qurbanov səhnədə dünyasını dəyişib. APA-nın məlumatına görə, aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.Teatrdan APA-ya faktı təsdiqləyiblər və aktyorun meyitinin hələ də teatrda olduğunu deyiblər. Verilən məlumata görə, aktyorun bu gün saat 16:30 radələrində, elə səhnədə məşq zamanı ürəyi dayanıb. Bu gün premyerası keçirilməsi nəzərdə tutulan “Romeo və Cülyetta” tamaşasının premyerası da məhz bu səbəbdən təxirə salınıb. Mərhum aktyor bu tamaşada Piter rolunu canlandıracaqmış. Teatrdan verilən məlumata görə, hazırda meyitin üzərində ekspertiza aparılır.