“Gənc Vətəndaş” təlim keçib: gələcək ailədən başlayır

“Gənc Vətəndaş” təlim keçib: gələcək ailədən başlayır
GƏNCLİK
15:31 26.12.2017
2148
"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gələcək Ailədən Başlayır” adlı layihənin icrasını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, layihə çərcivəsində növbəti tədbir 75 gəncin iştirakı ilə Binəqədi rayon Gənclər evində reallaşıb.

Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov Binəqədi rayonunda gənclər üçün yaradılan şəraitdən və "Gənc Vətəndaş” İB-nin həyata keçirdiyi tədbirin əhəmiyyətindən danışaraq iştirakçıları gənclər evinin imkanlarından yararlanmağa dəvət edib.

YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev layihə barədə fikirlərini bildirib.

"Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin İcraçı direktoru Günel Səfərova təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, "Gələcək ailədən başlayır” layihəsi çərcivəsində Gəncə və Bakı şəhərində yaşayan 150 gənc üçün Ailədaxili zorakılıq, Ailə hüququ, Məişət zorakılığı haqqında məlumatlandırma sessiyasının keçirilməsi, insanların zorakılıqdan qorunması üçün mövcud qanunvericilik və preventiv tədbirlər haqqında kitabcanın çapı, Ailə dəyərlərini təbliğ edən filmin hazırlanması nəzərdə tutulub.

Günel Səfərova bildirib ki, layihənin əsas fəaliyyətləri məişət zorakılığı qurbanı olan gənclərə hüquqi xidmətin göstərilməsi, qadınların məişət zorakılığı ilə bağlı mübarizəyə ciddi cəlb olunmaları, qadınların təlimatlandırılması və qərarverici şəxslərin prosesə cəlb olunması ilə əlaqəlidir.

Günel Səfərova məişət zorakılığı haqqında qanun, qanunun tənzimlədiyi mexanizmlər, mövcud durum haqqında iştirakçılara məlumat verib.

Layihənin eksperti Nuriyyə Abbasova məişət zorakılığından müdafiə mexanizmi olan qısa və uzunmüddətli mühafizə orderlərinin verilməsi və məhkəmə praktikasından danışıb.

İştirakçılar ailə dəyərləri ilə barədə fikirlərini bildirib və təlimçilərə suallar veriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
Şair Xəlil Rza Ulutürkün doğum günüdür
10:04 21.10.2025
Şair Xəlil Rza Ulutürkün doğum günüdür
"Marsol" Groupun təşkilatçılığı ilə keçirilən görüşlər dövlət biznes dialoqunun daha da genişləndiyini göstərir -Deputat
10:00 21.10.2025
"Marsol" Groupun təşkilatçılığı ilə keçirilən görüşlər dövlət biznes dialoqunun daha da genişləndiyini göstərir -Deputat