Gəncə - 2016 Avropa Gənclər Paytaxtı seçilib.
AZXEBER.COM xəbər verir ki, bu haqda European Youth Forum-un ( Avropa Gənclər Forumu) rəsmi "tvitter" səhifəsində məlumat verilib.
Millət vəkili Ceyhun Osmanlı da Gəncənin bu uğuru münasibətilə təbrik statusu yazıb: "Gəncə - 2016 Avropa Gənclər Paytaxtı seçilib. Bu uğurda əməyi olan hər kəsə təşəkkürlər! Təbriklər, Azərbaycan!"Qeyd edək ki, bu gün keçirilən tədbirdə Gəncəni rayon icra hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov təmsil edib.Xatırladaq ki, 2014-ci ildə Avropanın Gənclər paytaxtı olan Saloniki şəhəri olacaq