Gəncə Beynəlxalq Hava limanında bomba həyəcanı yaşanıb

Gəncə Beynəlxalq Hava limanında bomba həyəcanı yaşanıb
Bütün Xəbərlər
14:00 01.12.2013
805

Ötən gecə Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə təxminən saat 20 radələrində Gəncə şəhər sakini, özünü polisə təqdim edən 1981-ci il təvəllüdlü Həsənov Anar Məhərrəm oğlu 102 xidmətinə zəng vuraraq Gəncə Beynəlxalq Hava limanına bomba qoyulması barədə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hava limanına cəlb ediliblər.Axtarışlar zamanı hava limanında heç bir partlayıcı tapılmayıb. Polisə səhv məlumat verən alkoqol və narkotik istifadəçisi olduğu ehtimal edilən A. Məhərrəmov hazırda axtarılır. Onun ünvanı məlum olsa da hələ ki, polisdən gizlənir.

OXŞAR XƏBƏRLƏR