Gəncə sakini odlu silahla yaralandı

Gəncə sakini odlu silahla yaralandı
Bütün Xəbərlər
10:23 28.10.2014
632
Gəncə şəhər sakini odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib.Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə şəhərin Q. Zeynalov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Sənan Akif oğlu Qurbanov odlu silahdan açılan atəş nəticəsində qarının dəlib keçən yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən S. Qurbanovun vəziyyəti ağır qiymətləndirilir. Ona kim tərəfindən atəş açıldığı hələ ki məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR