AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, son günlər yağan aramsız yağışlar hərəkəti daha da çətinləşdirib.
"Bu küçə əvvəllər asfalt idi. Kanalizasiya xətti çəkiləndən sonra yolu qazıb dağıtdılar. Özüm də burada yıxılıb xəsarət almışam. Təcili tibbi yardım, taksi buraya gəlməkdə çətinlik çəkir. Yeddi ildir bu vəziyyət davam edir”, – sakinlərdən biri bildirib.
"77 yaşım var. Bu yolda yıxılmışam. Bu vəziyyətə niyə əncam çəkilmir?!”.











































