Dövlətlərarası axtarışda olan Gəncə şəhər sakininin saxta sənədlə gəzdiyi məlum olub.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, bu ilin oktyabr ayından Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 126.2 maddəsi ilə dövlətlərarası axtarışa verilən, Azərbaycan Respublikası vətəndaşı, 1980-ci il təvəllüdlü Samir Mehdiyevin 1979-cu il təvəllüdlü Kəlbəcər rayon sakini İlyas Hüseynovun adına saxta şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu əldə edərək istifadə etməsi məlum olub.
S. Mehdiyev saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğundan cinayət işi açılıb, istintaq aparılır.
S. Mehdiyevin Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzlu) maddəsi ilə məhkumluq həyatı yaşadığı da bildirilib.(APA)