Gəncə şəhərində ulu öndərin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir - FOTOLAR

Gəncə şəhərində ulu öndərin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir -  FOTOLAR
Bütün Xəbərlər
00:06 10.12.2013
833

9 dekabr 2013- cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın aqrar təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfransda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev,Azərbaycan Dövlət Aqrar Universitetinin rektoruprofessor İbrahim Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

AZXEBER.COM-un məlumatına görə, ADAU-nun rektoru, professor İbrahim Cəfərov elmi-praktik konfransı açdıqdan sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və Azərbaycan xalqına misilsiz xidmətləri barədə geniş və ətraflı məruzə dinlənilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Azərbaycanın bu günkü qələbələri, iqtisadi-sosial tərəqqisi, beynəlxalq nüfuzunun artması, insanların firavan həyatının təmin olunması, doğma Gəncəmizin inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla yerinə yetirməsini, gəncəlilərə tükənməz diqqət və qayğı göstərdiyini vurğulayıb.

Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının dosenti Nizami Əlizadə, həmin kafedranın müəllimi Piri Axundov çıxış edərək, ümummilli liderin zəngin irsinin daimi və əbədi olduğunu, bütün uğurlarımızın əsasında onun müqəddəs və müdrik ideyalarının dayandığını bildiriblər.

Tədbirdədünyamiqyaslı siyasətçi Heydər Əliyevin anım gününə həsr olunan kimya, riyaziyyat, fizika fənləri üzrə olimpiyadanın qalibləri mükafatlandırılıblar. I, II, III yerlərin qaliblərinə pul mükafatı, IV, V, VI yerlərin sahiblərinə isə fəxri fərmanlar verilib.

OXŞAR XƏBƏRLƏR