Gəncədə 4 min nəfərin problemi həll olundu

Gəncədə 4 min nəfərin problemi həll olundu
Bütün Xəbərlər
18:00 17.04.2013
1247
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üzrə layihələrin icrasını davam etdirir. “Azərsu” ASC-nin Mətbuat xidməti şöbəsindənAZXEBER.COM-unverilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatı sistemləri yenidən qurulur.“Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq Gəncə şəhərinin Məhsəti qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması üzrə işlər yekunlaşıb. Səhmdar Cəmiyyətin maliyyə vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində qəsəbədə 2 yeni subartezian quyusu qazılıb, istismarda olan 1 subartezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilib.Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə qəsəbədə tutumu 60 kubmetr olan su çəni, 38 ədəd siyirtmə quraşdırılıb, 20239 metr qəsəbədaxili su xətləri çəkilib, 1275 ünvana birləşmə verilib. Bununla da qəsəbədə 4 mindən çox sakinin içməli su təchizatı yaxşılaşıb. Qeyd edək ki, layihənin icrasına qədər Məhsəti qəsəbəsinin içməli su təchizatı yarasız vəziyyətdə olan subartezian quyuları və primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılırıb.Aprelin 15-də Gəncə şəhəri Məhsəti qəsəbəsində yeni subartezian quyularının açılışı mərasimi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin direktoru Bəhlul Ramazanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış mərasimində çıxış edənlər bu yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsini yüksək qiymətləndirib, ötən müddətdə qəsəbədə abadlıq-quruculuq işlərinin aparıldığını qeyd ediblər. Yerli sakinlər Məhsəti qəsəbəsində su təchizatı sisteminin yaradılmasına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Ümumilikdə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan höküməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində Gəncə şəhərində su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması üzrə işlərin böyük əksəriyyəti yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA