Gəncədə zəhərlənmə hadisəsi baş verib.
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində qeydə alınıb.
Belə ki, 20 yaşlı Fuad Cabbarov, 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 24 yaşlı Jalə Tamirazova,18 yaşlı Nigar Quliyeva və 5 yaşlı Emin Namazov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətinin kafi odluğu bildirilir.
Məlumata görə onlar qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.