Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub

Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub
SOSİAL
16:51 20.08.2025
502
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində "Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.

AZXEBER.COM  xəbər verir ki, "Azerbazalt” MMC-nin təsisçisi Rafət Əliyev dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib.

Bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun "Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçün xammal olan filamenin və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.

Qeyd edək ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.

Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
03:30 29.10.2026
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
03:20 29.10.2026
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
03:10 29.10.2026
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
03:00 29.10.2026
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
02:50 29.10.2026
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
02:40 29.10.2026
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
02:30 29.10.2026
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
02:20 29.10.2026
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
Dörd bürcün həyatında çətinliklər geridə qalır
02:10 29.10.2026
Dörd bürcün həyatında çətinliklər geridə qalır
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
02:00 29.10.2026
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
Həkimlər problemini tapa bilmirlər - FOTO
01:53 29.10.2026
Həkimlər problemini tapa bilmirlər - FOTO
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
01:46 29.10.2026
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir