28 yanvar 2011-ci il tarixində Gəncə şəhərində, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə, “Smart SN” təşkilatı tərəfindən Gəncə Debat Mərkəzinin açılış mərasimi keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə, Gəncə İcra Hakimiyyətinin Humanitar və İctimai Şöbəsinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gələcəyə Körpü, “Gənc Liderlər” İctimai Birliyinin nümayəndələri və Gəncə şəhərinin 7 ali təhsil müəsisəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri iştirak edəcək.
Gəncə Debat Mərkəzi Gəncə şəhəri və ətraf regionlarda gənclərin debat, natiqlik, idarəetmə, sahibkarlıq, karyera, liderlik və digər mövzularında təlimlərin və müxtəlif layihələrin keçirilməsi ilə onların marifləndirilməsinə, həmçinin təşəbbüslərinin dəstəklənməsinə imkan yaradacaq.