Gəncədə dost dostu bıçaqladı

Gəncədə dost dostu bıçaqladı
Bütün Xəbərlər
11:06 03.11.2014
687

Gəncədə iki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələnib.Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə baş verib.Şəhər sakini, 21 yaşlı Vilayət Cabbarov dostu, 22 yaşlı Şahin Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Ş. Hüseynov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.Araşdırma zamanı məlum olub ki, iki dost bir yerdə yemək yeyən vaxt aralarında mübahisə yaranıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.//APA
OXŞAR XƏBƏRLƏR