Gəncədə fahişəliklə məşğul olan qadını döyə-döyə öldürdülər

Gəncədə fahişəliklə məşğul olan qadını döyə-döyə öldürdülər
Bütün Xəbərlər
12:17 11.07.2014
3174
Qonşular “Fayanı” tutduğu yoldan döndərə bilməyiblər.
Gəncə şəhərində qətl hadisəsi törədilib.
AZXEBER.COM  xəbər verir ki, Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nizami rayonu ərazisindəki yataqxanada yaşayan Vəliyeva Firuzə Mahmud qızı yaşadığı ünvanda qonşusu Buleqbayev Kazbek Yusif oğlu tərəfindən amansızlıqla öldürülüb.
Qadının evinə gələn qonşusu onu yumruq-təpiklə vəhşicəsinə döyüb. Ağır bədən xəsarətləri alan qadın yerindəcə keçinib. Kazbek Buleqbayev cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.
Bildirilir ki, qətlə yetirilmiş qadın şəhərdə “Faya” adı ilə tanınırmış və yüngül həyat tərzi keçirirmiş. Qonşularının iradlarına baxmayaraq qadın həyat tərzini dəyişməyib. Hətta onun azyaşlıları da fahişəliyə cəlb etməsi kimi söz-söhbətlər yayılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR