Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və İslahatçı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 07 oktyabr 2022-ci il tarixində Gənclər Evində "Müharibənin informasiya cəbhəsi: gənclər və müasir reallıqlar” adlı gənclərin iştirakı ilə tədbir baş tutub
Tədbir ilk olaraq Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Müşviq Cəfərov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Gəncə Şəhər İcra Hakmiyyətinin Hacıkənd İnzibati Ərazi Dairəsinin İcra nümayəndəsinin müavini Natəvan Məmmədova çıxış edərək, erməni yalanlarının ifşa edilməsi və Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında gənclərin rolu və bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyəti ilə əlaqədar gənclərə faydalı məlumatlar, tövsiyyələrini çatdırıblar. Daha sonra tədbir diskusiya xaraterli davam edib.
Tədbirin sonunda xatirə şəkli çəkilmişdir. Tədbirdə ümumilikdə 75 nəfər gənc iştirak edib.