Gəncədə hələ belə şey olmamışdı - FOTOLARI

GƏNCLİK
18:00 20.07.2013
12580
Gəncədə möhtəşəm “Qala Gecə” keçirilib...AZXEBER.COM-un məlumatına görə, Ramada Plaza otelində baş tutan Qala Gecə öz möhtəşəmliyi ilə uzun müddət yaddaşlardada qalacaq. 
Gəncə şəhərində ilk dəfə keçirilən “Qala Gecə”də AR Prezidenti yanında Gənclər Fondu, AR Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, ARGTMŞ-nın sədri, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı və Gəncədə fəaliyyət göstərən QHT və Gənclər Təşkilatlatı sədrləri, Gəncə şəhərində qonaq olan xarici gənclər,beynəlxalq təşkilatların sədr və nümayəndələri ,KİV nümayəndələri və gənclər iştirak etmişlər.Xatırladaq ki , “Odlar Yurdu” GİB çox mötəbər, tarixi əhəmiyyətə malik bir gündə 15 iyun tarixində 2012-ci ildə təsis olunmuş, 13 iyul 2012-ci ildə Ədliyyə Nazirliyi Tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Fəaliyyət göstərdiyi 1 il ərzində Birlik AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Keçmişini öyrən , gələcəyini qur” (vətənpərvərlik mövzusunda telelayihə ), AR Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə respublikada ilk dəfə “ Turizmin inkişafı və Gənclər-I Forum”, VF AzərKredit MMC-nin dəstəyi ilə “Gənclər ətraf mühitin mühafizəsində” , “Kəpəz” Teleradio Yayım Şirkəti ilə əməkdaşlıq edərək “Media Məktəbi” , ali təhsil müəssisələri ilə əməkdaşlıq edərək “Sosial şəbəkələrdə Azərbaycan” layihələrini həyata keçirmişdir. Eyni zamanda 2 Beynəlxalq təlimdə (Ukrayna, Yunanıstan) təmsil olunmuşdur. Dünya ölkələrində başladılan “Justice for Khojaly” kompaniyasnın Gəncə şəhərində ən geniş miqyaslı aksiyasını reallaşdırmışdır. Həmçinin Gəncə şəhərinin Avropa Gəncər paytaxtı 2016 müsabiqəsi çərçivəsində keçirilən dəstək aksiyanın iştirakçısıdır.Birlik Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvüdür. “Gənclər Təşkilatlarının IV Respublika Sərgisi” ndə Gəncəni təmsil etmiş, Gəncə şəhərində ilk dəfə kollektiv şəkildə Birliyin təşkilatçılığı ilə “Heydər Zirvəsi” nə yürüş təşkil olunmuşdur.Birliyin daxilində “Təlim ”, “Gənclər və dəyərlər”, “Turizm” departamentləri və “Kitab Klubu” fəaliyyət göstərir. Ümumilikdə 1 il ərzində 15 təlimdə 300 nəfərdən çox gənc maariflənmişdir.

OXŞAR XƏBƏRLƏR