Gəncədə Heydər Əliyevlə bağlı dərs - FOTOLAR

Gəncədə Heydər Əliyevlə bağlı dərs -  FOTOLAR
Bütün Xəbərlər
17:00 20.05.2014
989

Gəncənin Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Azərbaycanın memarı və qurucusu”dur mövzusunda növbəti dərs keçirilib.

AZXEBER.COM-a daxil olan məlumata görə, Azərbaycanın XX əsrdə dövlət müstəqilliyinin bərpa edilməsinin - müasir Azərbaycan tarixinin gələcək nəsilə öyrədilməsi qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu məqsədlə Gəncə şəhər Heydər Əliyev Mərkəzində tədbirlər, elmi-nəzəri konfranslar, dəyirmi masalar, ekskursiyalar, seminarlar, mühazirələr, tarix dərsləri keçirilir.

Həmin dərslərin Heydər Əliyev Mərkəzlərində keçirilməsi böyük əhəmiyyət kəsb edir. May ayının əvvəlindən tarix dərslərinin keçirilməsinə başlanılıb. Öncədən tərtib edilən  qrafikə əsasən, “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda tarix dərsləri tədris olunur.

Qeyd edək ki, dərslərdə əyani olaraq video-çarx da nümayiş etdirilir.

OXŞAR XƏBƏRLƏR