Gəncədə icra başçısıyla polis rəsi arasında nə baş verib? - RƏSMİ

Gəncədə icra başçısıyla polis rəsi arasında nə baş verib? - RƏSMİ
Bütün Xəbərlər
23:15 23.01.2013
3540
Polis rəisi ilə icra başçısı arasında insident olması barədə məlumat təkzib edilir...“Müxtəlif kütləvi informasiya vasitələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Baş Polis İdarəsinin rəisi ilə bağlı həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılır.
Mövzu ətrafında bəzi maraqlı qüvvələrin ayrı-ayrı kütləvi informasiya vasitələri ilə bilərəkdən, qəsdən və məqsədyönlü şəkildə dezinformasiyalar yayması Gəncə şəhərinin rəhbər vəzifəli şəxslərini qarşı-qarşıya qoymaq, müxtəlif dövlət qurumları arasındakı işgüzar münasibətlərə xələl gətirmək məqsədi daşıyır”.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də geniş quruculuq və abadlıq işləri aparılır, mövcud problemlərin həlli ilə bağlı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi ilə zəruri təşkilati-əməli tədbirlər həyata keçirilir: “Son illər Gəncədə cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin edilməsində bir sıra uğurlar əldə edilmişdir və bu, şəhər polisi ilə digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığının məntiqi nəticəsidir. Şəhər ictimaiyyəti tərəfindən razılıqla qarşılanan belə məqsədyönlü tədbirlər ardıcıllıqla davam etdirilməkdədir”.
OXŞAR XƏBƏRLƏR