Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb
SOSİAL
18:13 19.04.2026
789
Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Əziz Əliyev küçəsində baş verib.

BMW və "Changan" markalı maşınlar toqquşub. Hadisə zamanı 1949-cu il təvəllüdlü Nüsrəddin Qasımov, 1968-ci il təvəllüdlü Valeh Həsənov və 1975-ci il təvəllüdlü Vəli Hüseynov xəsarət alıblar. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR