"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi təşkilatçılğı, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, "Başkent" retoranının, "Fun Center" əyləncə mərkəzinin maliyyə dəstəyi və Gəncə SOS uşaq kəndinin təşkilati dəstəyi ilə Gəncədə ilk dəfə "Mən Gələcəyəm" Uşaq İncəsənət Festivalı həyata keçirildi.AZXEBER.COM-un məlumatına görə, festival çərçivəsində Gəncənin Xan Bağında ümümulikdə 200-dən çox uşaq və 500-ə yaxın şəhər əhalisi qatilmişdir. Gəncə SOS Uşaq kəndinin istedadli uşaqları öz bacarıqlarını nümayiş etdirdilər.Onlar şəhər sakinlərinin gözləri önündə rəsmlər,qrafitlər çəkərək üzlərini müxtəlif şəkillərlə bəzədilər.Həmçinin SOS uşaq kəndinin uşaqlarından ibarət uşaqlar qrupu canlı olaraq oxumaq,şer demək və rəqs etmək bacarıqlarını şəhər sakinlərinə nümayiş etdirdilər.Festivala yerli ve regional KİV-lərdə qatılmışdır. "Mən Gələcəyəm" Uşaq İncəsən Festivalında "Gələcəyə Körpü" GİB-in 30 nəfər könüllüsü gün boyu uşaqlarla müəyyən əyləncəli oyunlar və fəaliyyətlərində iştirak etmişlər.