Gəncədə itən şagirdin anasından şok iddia - FOTO

Gəncədə itən şagirdin anasından şok iddia -  FOTO
Bütün Xəbərlər
15:15 11.04.2013
2104

"Anarı işlə, maaşla aldadıblar"

"Mənim oğlumu iş vermək adı ilə aldadıblar". Bunu ANS PRESS-ə açıqlamasında aprel ayının 8-də məktəbə getmək adı ilə evdən çıxan və bir daha barəsində məlumat alınmayan 15 yaşlı Gəncə şəhər sakini Anar Piriyevin anası Təranə Hüseynova deyib. Onun sözlərinə görə, oğlu evdən məktəbə getmək adı ilə çıxıb. O gündən sonra isə haqqında heç bir məlumat ala bilməyiblər. "Anar 9-cu sinifdə oxuyurdu. Kimsə iş sözü verərək onu aparıb. İşlə, maaşla onu aldadıblar. O da, yəqin ki, ailəyə kömək məqsədilə bu fikrə düşüb. Mən də bunu dəqiq bilmirəm. Onun yaxınında olanlardan bu barədə eşitmişəm. Oğlum tanışlarına Bakıya iş dalınca getdiyini deyib. Düzdür hələ mən heç nəyi dəqiq bilmirəm, bunlar ancaq mənim fərziyələrimdir". Anasının sözlərinə görə, oğlu onunla Bakıda işləmək arzusu haqqında danışmayıb. Yalnız ətrafdakılardan bu barədə eşidib. "Mən onu elə tərbiyə etməmişəm ki, o özbaşınalıq etsin. Məncə burada böyük adamın əli var. O arxayın olub onun yanına gedib. Biz o qədərdə imkanlı ailə deyilik. Amma imkan daxilində onları hər şeylə təmin etmişəm. Ola bilər ki, o mənə kömək etmək məqsədilə bu addımı atıb". Müstəntiq Rafiq Qəmbərov isə ANS PRESS-ə açıqlamasında A.Piriyevin evdən gedəndən sonra dostları ilə əlaqə saxlayaraq evə qayıtmaq istəmədiyini və Bakıda peşə məktəbinə getmək istədiyini deyib. Hələlik onun barəsində heç bir yeni məlumat yoxdur. Təranə Hüseynova oğlunun peşə məktəbində oxumaq üçün evdən qaçmasına da münasibət bildirib. Onun sözlərinə görə, əvvəl oğlunu 9-cu sinifdən sonra peşə məktəbinə qoymaq istəsə də, sonradan fikrini dəyişib. "Düzdür peşə məktəbinə də getmək istəyirdi. Fikirləşdim ki, o, hələ uşaqdır. Mən onu tək qoya bilmərəm. Düzdür qardaşı Bakıda oxuyur, amma mənim kimi ona nəzarət edə bilməz. Ona dedim ki, əgər sən memarlıq oxumaq istəyirsənsə 11-ci sinifi bitir, sonra get".

OXŞAR XƏBƏRLƏR