Gəncədə kütləvi yanğınlar baş verib

Gəncədə kütləvi yanğınlar baş verib
Bütün Xəbərlər
10:45 17.12.2012
1229

Ayrı-ayrı vətəndaşlara məxsus ev və obyektlər yanıb

Bu gün səhər saatlarında Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 1150 kv.m olan evdə yanğın olub. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ayrı-ayrı vətəndaşlara məxsus ev və obyektlər yanıb. Bir dam altında ərzaq dükanı, dördotaqlı evin 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə, həmçinin kafe yanıb.  Ümumi sahəsi 78 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə, ümumi sahəsi 60 kv.m olan parça mağazasının lambirdən ibarət tavanı 60 kv.m sahədə, ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və ümumi sahəsi 60 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının tavanı 24 kv.m sahədə yanıb (ümumi 312 kv.m sahədə). Bitişik evlər və obyektlər yanğından mühafizə olunub. Yanğın saat 07:10 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR