Gəncədə möhtəşəm təhsil sərgisi keçirildi - FOTOLAR

Gəncədə möhtəşəm təhsil sərgisi keçirildi -  FOTOLAR
GƏNCLİK
16:19 08.04.2014
1777

Gəncədə möhtəşəm təhsil sərgisi keçirilib

AZXEBER.COM xəbər verir ki, 8 aprel tarixində ilk dəfə olaraq, Gəncə şəhər İcra Hakimiyyətinin və “Academy Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Gəncədə “Vego” otelində Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunub. Sərgidə Türkiyənin İstanbul Kültür Universiteti, Selçuk Universiteti, Sinop Universiteti, İstanbul Aydın Universiteti, Yaşar Universiteti, Erzurum Atatürk Universiteti, Bozok Universiteti, Sabancı Universiteti, Kastamonu Universiteti, İstanbul Şehir Universiteti və s. universitetləri təmsil olunub. Türkiyənin bir sıra dövlət universitetləri ilə bərabər vəqf universitetləri də yer alıb.

Sərgidə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Konsulluğunun müavini Neslihan Altay, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, gənclər, tələbələr və valideynlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Academy Group” Xaricdə Təhsil Mərkəzinin rəhbəri Razi Vəliyev sərginin əsas məqsədinin tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat verməklə, gənclərin təhsillə bağlı fikirlərini doğru istiqamətə yönəltmək olduğunu bildirib.

Sərgidə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev Gəncədə ilk dəfə olaraq, keçirilən bu sərginin təqdirəlayiq bir hal olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda iştirakçı universitetlər pulsuz təhsil imkanları haqqında tələbə və şagirdlərə geniş məlumatlar verirlər. Bu oxumaq istəyən hər bir gənc üçün əla fürsətdir.

Türkiyənin Gəncədəki konsulluğunun müavini Neslihan Altay bildirib ki, təhsil sərgilərinin keçirilməsi təhsil almaq istəyən gənclərə müəyyən imkanlar yaradılması baxımından əhəmiyyətlidir. “Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı çoxdur. Türkiyə universitetləri dünyada tanınan və nüfuz qazanmış universitetlərdir”- deyən Neslihan Altay azərbaycanlı abituriyentlərin Türkiyədə təhsil almasını məsləhət görüb.

Tədbir iştirakçıları “Vego” otelində açılmış sərgi ilə tanış olublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
18:37 25.04.2025
İrəvanda vergilərin artırılmasına qarşı etiraz aksiyası keçirilir
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq