""Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

""Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”
SOSİAL
15:30 16.07.2018
6764

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

 

 

Məlum olduğu kimi, Gəncədə radikal dindarların iştirakı ilə aksiya keçirildi. Və qanunsuz aksiya zamanı iki polis işçisi qətlə yetirildi.

Yüksəkçinli polis işçilərinin öldürməsində şübhəli bilinən şəxslərdən biri daha əvvəllər – qəsdən adamöldürmə və oğurluq cinayəti üzrə məhlkumluq həyatı yayaşıb.

Lakin bu, problemin bir hissəsidir.
Baş verən hadisələrin ən ciddi məqamı isə bir çoxlarının bu cinayətə haqq qazandırması, Gəncə merinin iş üsulundan narazılıq olması ilə bağlamalarındadır. Bütün bunlar cəfəngiyyatdır. Məmur pis və ya yaxşı da olar bilər. O, bizə xoş və naxoş da gələ bilər. Axı nə vaxtdan bəri sivil cəmiyyətdə problemlər silah və ya bıçaq gücünə həll olunur?!

Bu gün merin iş fəaliyyəti xoşlarına gəlmir, onu vururlar. Polisin işini bəyənmirlər, onu bıçaqlayırlar. Belə çıxır ki, sabah hansısa qızın şortik geyinməsi xoşlarına gəlməzsə, onu odda yandıracaqlar?!

Təhlükəsizliyin təminatı istənilən problemin qanun yolu ilə həllindədir. Bu da müasir dövlətçiliyi ibtidai icma dövründən fərqləndirən vacib məqamdır. İbtidai insanlar bütün problemləri dəyənəklə həll ediblər.

Müasir dövlətdə vətəndaşlar – ictimai statusundan asılı olmayaraq, heç kəsin zorakılığa və zor tətbiq etməyə haqqı yoxdur.

Hüquq-mühafizə orqanlarının əlində olan video və məlumatlara nəzər saldıqda nümayişçilərin "Allahu Əkbər!” söyləməsi sadə məsələ deyil. Belə ki, İslamın aqressiv məqsədlə istifadəsi yolverilməzdir, düzgün də deyil. Bununla bağlı ziyalılar dəfələrlə fikir bildirib. Lakin buna baxmayaraq, İslam savadsız kütlənin idarə olunması üçün alət kimi istifadə olunur.

İŞİD, Taliban, Hizbullah – kimi qruplaşmalar bunun bariz nümunəsidir. Onlar adi insanlara alət kimi baxaraq, öz çirkin məqsədlərinə nail olmağa çalışırlar.

Bəzən insanlar kor-koranə öz liderlərinə qulaq asaraq, uçurama getdiklərini belə nəzərə almırlar.

Dövlət qulluqçusunun öldürülməsi – bu, məmurlara deyil, bütün ölkəyə yönəldilmiş çağırışdır.

Əgər problemlərin həllini qanunun aliliyilə deyil, başqa cür həll etməyə razılaşsaq, o zaman 90-cı illərin əvvəlinə qayıtmalı olacağıq. Həmin zamanlarda bütün problemlər bir neçə insanda olan "Kalaşnikovlarla” həll olunurdu. Həmin insanlar sizi yolun ortasında maşından çölə atardı, kimsəyə şikayət də edə bilməzdiniz.

Digər variant isə daha ağırdır – nümunə üçün, Suriya və ya Liviyadakı ssenarilər. Qan çanağına dönmüş bu dövlətlərdə vəziyyət o həddə çatıb ki, başdan-ayağa silaha bürünmüş saxta "dindarlarla” bacara bilmirlər.

Həyat çətin də ola bilər. Lakin həyat təhlükəsiz olanda, daha dözülməz olur.

Başdan-ayağa silaha bürünmüş "qoçular” olan ölkəyə turistlər getmir, o ölkənin iqtisadiyyatına sərmayə yatırırılmır.

Belə ölkələrdə əmlakınızın dəyəri sıfıra bərabərdir. Uşaqların bu cür şəraitdə məktəbə getməsi dəhşətli məqamdır.

Burada mənfilərlə dolu siyahını uzaqmaq da olar.

Qısacası, bu məsələ ilə bağlı fikrim çox sadədir – Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı, demokratik və dünyəvilik beşiyi olan Gəncədə polisi deyil, bizi "bıçaqladılar”.

Bizim təhklükəsizliyimizə, dünyəvi dövlətimizə əl qaldırlar.

Əlbəttə ki, ölkə başçısı məsələnin bütün detallarını araşdrımasını apararaq, ölkənin ikinci ən böyük şəhərində bu hadisənin baş verməsinin əsas səbəbini aydınlaşdıracaq. Və müvafiq tədbirlər görüləcək.

Lakin məni narahat edən məqam başqadır – cəmiyyətimizdə qanunazidd hərəkətlərin nəticələrini anlamayan insanlardadır.

Əminəm ki, dövlət son hadisələrlə bağlı müvafiq tədbirlər görəcək və cinayətkarlar layiqli cəzasını alacaq. Cinayət varsa, cəzası da olmalıdır.

Bu, hər kəsin ağlına gələni etdiyi, heç kəsin təhlükəsizliyinin təminatı olmadığı normal dövlətin anormal dövlətdən fərqidir.


(Tərcümə: S.Xankişiyeva)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb
21:41 28.06.2025
Ermənistanlı nazir İstanbulda Türkiyənin daha bir rəsmisi ilə görüşüb