Gəncədə qadın sevgilisinə görə canına qıydı

Gəncədə qadın sevgilisinə görə canına qıydı
Bütün Xəbərlər
15:46 13.06.2014
1006

Mərhum mətbəx bıçağı ilə döş nahiyəsinə zərbə endirib.

Gəncə şəhərində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə mübahisə edən qadın özünü bıçaqlayaraq öldürüb.

AZXEBER.COM xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan APA-ya  verilən məlumata görə, hadisə şəhərin Puşkin küçəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova evində qeyri-rəsmi nikahda yaşadığı kişi ilə aralarında yaranan narazılığa görə mətbəx bıçağı ilə döş nahiyəsinə bir zərbə endirib. Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 38 yaşlı qadın orada dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

OXŞAR XƏBƏRLƏR