Gəncədə qız qaçıran gənc intihara cəhd edir

Gəncədə qız qaçıran gənc intihara cəhd edir
Bütün Xəbərlər
11:21 15.12.2015
1018
Bankın binasına çıxan 24 yaşlı gənc özünü atacağını deyir.
Məlumata görə, Gəncə şəhəri F. Əliyev küçəsində yaşayan 1991-ci il təvəllüdlü Etibar Əsgər oğlu Mustafayev Gəncə şəhərindəki ASAN Xidmətin yanında yerləşən "Rabitə Bank"ın binasının damına çıxıb. O, özünü öldürəcəyi ilə hədələyir. Hadisəyə səbəb Etibar Mustafayevin sevdiyi qızın ona verilməməsi olub.
E.Mustafayev 4 gün əvvəl 1997-ci il təvəllüdlü M.A-nı qaçırıb. Lakin dünən axşam saatlarında qızın qohumları onun evinə gələrək onu aparıblar.
"Düzdür, qaçırdığım qızın 18 yaşı hələ tamam olmayıb. Lakin polis bölməsinə qız qaçırdığıma görə aparıldığımda o da məni sevdiyini bildirib. Ancaq buna baxmayaraq, ötən gün onun qohumları məni döyərək qızlarını zorla apardılar".
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Etibar Mustafayev isə sevdiyi qız əraziyə gəlməsə, binanın damından düşməyəcəyini, özünü atacağını bildirir.
Anspress
OXŞAR XƏBƏRLƏR