Gəncədə restoranın qarşısında kütləvi dava - Ölən və xəsarət alanlar var
SOSİAL
09:24 06.08.2026
298
Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib. AZXEBER.COM "Report"a istinadla xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.
Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.