xari

Gəncədə soyğunçuluq edən keçmiş məhkum saxlanıldı

KRİMİNAL
16:07 06.02.2021
346
Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) Kəpəz Rayon Polis İdarəsinə (RPİ) bir nəfər azyaşlı şəhər sakinindən ona məxsus mobil telefonu naməlum şəxsin danışmaq üçün alması və daha sonra qaçaraq uzaqlaşması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus mobil telefonu soyğunçuluq yolu ilə mənimsəyən şəxsin, əvvəllər dəfələrlə məhkum olunmuş Əliağa Adıgözəlov olması və Bakı şəhəri istiqamətində hərəkətdə olması müəyyən edilib.
Ə. Adıgözəlov saxlanılaraq RPİ-nə gətirilib və üzərinə baxış keçirilən zaman 1.42 qram çəkitə narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək mənimsədiyi mobil telefonu satdığını bildirib. Saxlanılan şəxsin digər analoji cinayətlər törədib-törətməməsini müəyyən etmək üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağla Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR