Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb

Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb
SOSİAL
16:18 28.06.2026
276
Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

AZXEBER.COM-un APA-ya isyinadən məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR