Gəncədə təmizlik aksiyası- FOTOLAR

GƏNCLİK
17:43 05.09.2014
1653

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəalları yeni təşəbbüslə çıxış ediblər.

AZXEBER.COM-a daxil olan məlumata görə, həftə ərzində davam edən aksiya çərçivəsində Heydər Əliyev Park Kompleksinə daxil olan ərazidə 524 ağac əkilib, habelə 2 hektar ərazi tullantılardan təmizlənərək yaşıl zolaq salınıb. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə damcılı suvarma sistemləri çəkilib. Aksiya iştirakçıları eyni zamanda şəhər gənclərini “Ailə parkı” yaratmağa, park yaşıllıq və xiyabanlara könüllü xidmət etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR